Ru
16:23 / 04 Avqust 2022

Antiterror əməliyyatının ikinci fazası başlaya bilər - Hərbi ekspert

3717
“Azərbaycan Prezidentinin son bəyanatları Rusiya sülhməramlıları və Ermənistan tərəfinə hərbi əməliyyatların başlanmasının mümkünlüyü barədə bir siqnal olmalı idi”.


Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.


Onun fikrincə, Ermənistan və Rusiyanın Azərbaycanla imzaladığı 10 noyabr bəyanatının şərtləri yerinə yetirilməzsə, Azərbaycanın antiterror əməliyyatlarınin ikinci fazası qaçılmaz olacaq:




“Cənab Prezident son müşavirədə sülhməramlıların fəaliyyətinə dair iradlarını bildirmişdi. İyun ayının sonuna qədər erməni silahlıları həmin ərazilərdən çıxarılmalı idi. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq, bu, baş vermədi. Sülhməramlıların fəaliyyətində, xüsusilə də Andrey Volkovun dövründə kifayət qədər ciddi iradlarımız olub. Həmin iradlar indi də var. Bu gün baş verən proseslərə görə məhsuliyyətin bir hissəsi Rusiya sülhməramlılarının üzərinə düşür. Onlar zamanında, yəni 22 ay bundan əvvəl erməni silahlı qüvvələrini ərazidən çıxarsaydılar, insident baş verməz və ordumuzun əsgəri şəhid olmazdı. Fərrux istiqamətində atəşkəs pozuntuları, Xocalı istiqamətində erməni silahlılarının səngərlər, digər mühəndis qurğuları inşa etməsi onu göstərirdi ki, Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifənin öhdəsindən tam gələ bilmir. Dünən keçirilən "Qisas" əməliyyatı Ermənistanın siyasi rəhbərliyilə yanaşı, eyni zamanda Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə ciddi bir siqanl olmalıdır. Əks halda əməliyyatın ikinci fazası qaçılmaz olacaq”.


Fərid
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər