ATV-nin jurnalisti Rövşən Tahir canlı efirdə yıxılıb.
Bakupost.az xəbər verir ki, bu barədə görüntülər televiziyanın Youtube kanalında yerləşdirilib.
O, insidentlə bağlı bunları deyib:
“Bu gün efirdə peşəkarlığa sığındım. Birbaşa bağlantıda yıxılmağıma baxmayaraq sözümü kəsmədim, özümü itirmədim... Amma hələ də bilmirəm, niyə üzr istəyirəm?”.