Azərbaycan əsilli idmançı Mamed Süleymanov İsveç çempionatında həm yunan-Roma, həm də sərbəst güləş üzrə qızıl medal qazanaraq ikiqat ölkə çempionu olub.
Bu barədə Bakupost.az-a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisçilərindən biri, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyev məlumat verib.
Mirzoyev bildirib ki, Süleymanovun bu uğuru İsveç güləş tarixində nadir hadisədir və onun həm texniki bacarığını, həm də psixoloji dözümlülüyünü nümayiş etdirir.