20:10
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində daha bir oyun start götürüb.
Bakupost.az xəbər verir ki, D qrupunda Fransa - Polşa matçı başlayıb.
Qarşılaşmanı italiyalı Marko Quida idarə edir.
***
Fransa - Polşa oyununda hesab açılıb.
Kilian Mbappe 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.
***
Fransa - Polşa görüşündə isə ikinci qol vurulub - 1:1. Polşalı Robert Levandovski 79-cu dəqiqədə (penalti) hesabı bərabərləşdirib.
***
Fransa – Polşa matçı heç-heçə bitib - 1:1.