Ru
17:18 / 20 İyul 2025

"Avropa üçlüyü"-İran arasında növbəti danışıqlar bu tarixdə keçiriləcək

"Avropa üçlüyü"-İran arasında növbəti danışıqlar bu tarixdə keçiriləcək
Eye

İranla "Avropa üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa) arasında Tehranın nüvə proqramı ilə növbəti danışıqlar 27 iyul tarixində İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Bakupost.az xəbər verir ki, bu, diplomatik mənbələrə istinadən “Sky Nyus Arabia” telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, görüşün əsas məqsədi nüvə razılaşmasının yenidən bərpa olunması və regionda gərginliyin azaldılması yollarının müzakirəsidir.

Danışıqlarda tərəflərin qarşılıqlı öhdəliklər və yeni mexanizmlər üzərində razılaşmağa çalışacağı gözlənilir.

Bundan əvvəl ABŞ, Böyük Britaniya, Almaniya və Fransa arasında əldə olunmuş razılaşmaya əsasən, İranla nüvə sazişinin yekunlaşdırılması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonu müəyyən edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar