Avstriyada məktəblilərə silahlı hücum: 9 ölü, 30 yaralı - VİDEO
175
Avstriyanın cənubundakı Qrats şəhərində yerləşən orta məktəbə hücum edən silahlı şəxs doqquz nəfəri qətlə yetirib, 30 nəfəri yaralayıb. Bu, ölkənin müasir tarixində məktəbdə baş vermiş ən ağır qətliam kimi qiymətləndirilir.
Bakupost.az "Reuters"ə istinadən xəbər verir ki, polis hücumçunun da həyatını itirdiyini və onun bu cinayəti təkbaşına planladığını ehtimal etdiyini bildirib.
Avstriya mediasının məlumatına görə, ölənlərin çoxu məktəbin şagirdləri olub.
Polis hücum edənnin şəxsiyyətini olaraq açıqlamasa da, Avstriya mediası onun məktəbin keçmiş şagirdi olduğunu və içəri daxil olaraq siniflərə atəş açdığını qeyd edib.
"Kurier" və "Salzburger Nachrichten" qəzetləri şübhəlinin 22 yaşlı keçmiş şagird olduğunu yazır.
"Salzburger Nachrichten "onun avstriyalı olduğunu, cinayət keçmişinin olmadığını və yaxın zamanda silahlardan birini satın aldığını bildirib. Hücumçunun bir vaxtlar məktəbdə zorakılığa məruz qaldığı da deyilir. O, hücum zamanı bir zamanlar özünün də oturduğu iki sinif otağındakı şagirdlərə atəş açıb.
"Kronen Zeitung" qəzetinin məlumatına görə, şübhəli şəxs məktəbin tualetində ölü vəziyyətdə tapılıb.