Ru
13:13 / 05 İyul 2025

Avtobusun vurduğu təmizlikçi qadın xəstəxanada öldü

Avtobusun vurduğu təmizlikçi qadın xəstəxanada öldü
Eye

Mingəçevirdə yolda təmizlik işləri ilə məşğul olduğu zaman avtobus tərəfindən vurulan qadın dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, hadisə iki gün öncə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş vermişdi.


Oğuz-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdi. Qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar