Ru
11:45 / 18 Mart 2026

Tramp Makronu necə “aradan” götürəcək?

Tramp Makronu necə “aradan” götürəcək?
Eye

ABŞ Prezidenti Donald Trampın Fransa liderinin tezliklə vəzifəsini itirə biləcəyini deməsindən sonra ölkə Prezidenti Emmanuel Makronun Venesuela və ya İran ssenarisinin ona tətbiq olunacağı barədə sualları yarana bilər.

Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Başqa bir sualım var. Venesuela ssenarisi (a) və İran ssenarisi (b) Makrona tətbiq olunacaqmı? Əslində, bu, əsas sualdır və düşünürəm ki, Makronun özü də bu sualı özünə verib”, - o bildirib.

Qeyd edək ki, Tramp Makronun Vaşinqtonun Hörmüz boğazında mümkün hərbi əməliyyatlarını dəstəkləməkdən imtinasını şərh edərkən, Fransa prezidentinin tezliklə vəzifəsini itirəcəyini demişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar