Ru
23:07 / 30 Oktyabr 2026

“N1” çörəyindən görün nə çıxdı – FOTO

“N1” çörəyindən görün nə çıxdı –  FOTO
Eye

“Bolmart”dan alınan “N1” markasının çörəyindən qəribə cisim çıxıb.


"Bakupost" Tribuna.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Səadət Məmmədova paylaşıb. O bildirib ki, qablaşdırılmış çöreyin içindən ağ ləkələr olub:

“”Bolmart”dan N1 markasının istehsalı olan qarabaşaq çörəyi aldım. 2 manata satılır bu çörək.

Səhər açdım ki, yeyim. Bir dilim yedim, ikincini götürəndə üzərində ağ ləkə gördüm, elə bildim undur. Silkələdim getmədi. Əlimi vurdum, yoxladım, gördüm ki, yox ey, bu nəsə ayrı şeydir.

Çörəyin üzərinə yapışmış bu açıq çəhrayımtıl rəngli ləkənin qoxusu daha çox divar boyasına – emulsiyaya bənzədi.

Bəlkə də kif növüdür, anlamadım.

3 dilim bu vəziyyətdə idi. Alt dilimlərə baxdıqca adi kif gördüm.

Bir sözlə bu çörək köhnə idi. Amma boya ləkəsi ehtimal etdiyim ağ ləkə necə olub ki, çörəyə tökülüb? Bu çörəklər hansı şəraitdə istehsal olunur?”.

Şikayətçi Qida Təhlükəsziliyi Agentliyindən xahiş edib ki, bu istehsal müəssisəsini araşdırsın:

“AQTA araşdırsın görək niyə bizə belə çörək yedirdirlər, amma lütfən düzgün araşdırsın

Həmçinin Bolmartdan da bir müvafiq qurum soruşmalıdır ki, niyə köhəlmiş çörəyi satırsan? Axı məhsul satılmadısa, müəyyən müddətdən sonra piştaxtadan yığışdırılmalı və geri qaytarılmalıdır”.

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar