Ru
22:49 / 30 Oktyabr 2026

Avropa kəşfiyyatı həyəcan təbili çalır: Təhlükə gəlir…

Avropa kəşfiyyatı həyəcan təbili çalır:  Təhlükə gəlir…
Eye

Avropanın bir sıra ölkələrinin xüsusi xidmət orqanları İranın kəşfiyyat qurumları ilə əlaqələndirilən gizli əməliyyatlardan narahatdır.


"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, Böyük Britaniya, Almaniya, Belçika, Niderland və Norveçin sui-qəsd cəhdləri, təxribatlar və kiberhücumlarla üzləşdiyi bildirilir.

“Le Monde” nəşrinin kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, Tehran Avropa ərazisində həyata keçirilən bu fəaliyyətlər üçün transmilli cinayətkar şəbəkələrdən fəal şəkildə istifadə edir.

Məlumatda qeyd olunur ki, İranla əlaqələndirilən əməliyyatların əsas məqsədi Avropa hökumətlərinə təzyiq göstərmək, eləcə də xaricdə yaşayan iranlı müxalifətçiləri qorxutmaqdır.

Nəşrin məlumatına görə, Avropa təhlükəsizlik qurumları bu cür fəaliyyətlərin genişlənməsini diqqətlə izləyir və mümkün təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirməyə çalışırlar.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar