Ru
00:10 / 31 Oktyabr 2026

Sabiq deputatın tikinti şirkətindən Nəsiminin İH başçısına şikayət olundu - FOTO

Sabiq deputatın tikinti şirkətindən Nəsiminin İH başçısına şikayət olundu -  FOTO
Eye

Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 ünvanında yaşayan sakinlər redaksiyamıza şikayət məktubu yollayıblar. Vətəndaşlar evlərinin qarşısında qanunsuz olaraq quraşdırılan dəmir hasarın sökülməsi üçün müvafiq qurumlardan kömək gözləyirlər.

"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Paytaxt sakinləri Ramin Əhməd oğlu Ağayev və Cavid İsmayıl oğlu İsmayılov tərəfindən Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanan müraciətdə bildirilir ki, adıçəkilən ünvandakı ev onların paylı mülkiyyətindədir. Lakin evlərinin küçə boyu ərazisindən qanunsuz olaraq dəmir hasar inşa edilib.

Şikayətçilər qeyd edirlər ki, məsələ ilə bağlı müxtəlif dövlət təşkilatlarına müraciət ediblər:
"Müxtəlif dövlət təşkilatlarına müraciət etdikdə bildirilmişdir ki, ərazi Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən “VİALON” adlı tikinti şirkətinə icarəyə verildiyindən dəmir hasar quraşdırılıb".

Lakin vətəndaşların sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin həmin sərəncamı onların evinə aid olan hissəyə dair etibarsız hesab edilib.

Məktubda vurğulanır ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “VİALON” tikinti şirkətinə ayrılan torpaq sahəsinə dair icarə müqaviləsi Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 23 saylı evin ərazisi üzrə məhkəmə qərarları ilə etibarsız hesab edilib və müvafiq məhkəmə qərarları qanuni qüvvəsini alıb. Buna görə də sakinlər həmin dəmir hasardan qurtulmağın onların haqqı olduğunu vurğulayırlar.

Sakinlər Nəsimi rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək onları bu dəmir hasarlardan xilas etməyi xahiş edirlər.

Qeyd edək ki, məsələ ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarlarının surəti də müraciətə qoşma olaraq əlavə edilib.

Tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar