Ru
23:52 / 30 Oktyabr 2026

Xarici işlər nazirləri Lavrovla şəkil çəkdirməkdən imtina etdilər

Xarici işlər nazirləri Lavrovla şəkil çəkdirməkdən imtina etdilər
Eye

ABŞ-nin Atlanta şəhərində "Böyük iyirmilik" (G20) ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilən görüşün təşkilatçıları ənənəvi birgə fotoçəkilişi ləğv ediblər.


"Bakupost" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Buna tədbirin bir sıra iştirakçılarının, o cümlədən Almaniya tərəfinin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla birlikdə şəkil çəkdirməkdən imtina etməsi səbəb olub.

"Rusiya ilə işləri əvvəlki qaydada davam etdirmək olmaz. Mövcud fikir ayrılıqlarını danışıqlar masası arxasında müzakirə etməliyik və məhz buna görə bu söhbət vacibdir. Lakin biz həm də yanlış vizual siqnallar verməkdən çəkinməliyik", - deyə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Atlantada jurnalistlərə bildirib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar