Ru
10:48 / 18 Mart 2026

Nazir oxşarını təltif etdi - FOTO

Nazir oxşarını təltif etdi  - FOTO
Eye

Cəlilabad rayonunda Aqrar Biznes Festivalı keçirilib.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, festivalın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Çıxışlardan sonra Aqrar Biznes Festivalında fəal iştirakına və tədbirin təşkilinə göstərdikləri dəstəyə görə bir sıra qurum və təşkilatların nümayəndələri təşəkkürnamələrlə təltif olunublar.

Onlar arasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynallı da var.

Ona mükafatı nazir Emin Əmrullayev təqdim edib. Çəkilən fotolarda onların biri-birinə oxşarlığı diqqətdən yayınmayıb.

Qeyd edək ki, əvvəllər “ASAN Radio”da aparıcı-redaktor vəzifəsində çalışan R.Zeynallı 2021-ci il may ayından AKİA-da çalışır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar