Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:37 / 10 İyul 2024

Avtoxuliqanlıq edənlərin sürücülük hüququ məhdudlaşdırılıb - VİDEO

1522
Bakıda avtoxuliqanlıq edən dörd nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücülər aşkarlanıb.

Gecə saatlarında təhlükəsizlik qaydalarına əməl etməyərək yüksək sürətlə motosiklet idarə edən Tural Əkbərov və idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətlərinə yol verən Nicat Şamıyev müəyyən olunublar.

Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Tural Əkbərovun sürücülük hüququ 6 ay, Nicat Şamıyevin isə 1 il müddətinə məhdudlaşdırılıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə avtoxuliqanlıq edərək həmin görüntüləri lentə alan və sosial şəbəkələrdə paylaşan Elmir Qarayev, eləcə də Elşən Mirzəyev müəyyən ediliblər. Bu sürücülər barəsində də inzibati protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə Elmir Qarayev və Elşən Mirzəyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşırılmaqla cərimə ediliblər.


Avtoxuliqanlıq edənlərin sürücülük hüququ məhdudlaşdırılıb - VİDEO

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar