Ru
20:55 / 06 Oktyabr 2026

Elmar Məmmədyarov Mərdəkandakı bağı ilə bağlı qalmaqaldan DANIŞDI

Elmar Məmmədyarov Mərdəkandakı bağı ilə bağlı qalmaqaldan DANIŞDI
Eye

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Mərdəkanda yerləşən bağ sahəsi ilə bağlı yaranmış mübahisəyə münasibət bildirib.

"Bakupost" xəbər verir ki, o, Musavat.com-a açıqlamasında sözügedən 12 sot torpaq sahəsinin 1987-ci ildə atasına verildiyini deyib:

“Bu bağ sahəsi 12 sot olmaqla 1987-ci ildə mənim atama verilib. Anar Həsənov adlı şəxsin üzünü də görməmişəm. Dörd ildir ki, o bizim torpağa iddialıdır”.

Keçmiş nazir qeyd edib ki, torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə proseslərində onun mövqeyi təmin olunub:

“Hər şey hüquq baxımından düzgün aparılan bir məhkəmə idi və ona görə bu 12 sot indi mənə verilib. Çünki atam rəhmətə gedib, indi avtomatik olaraq mənə qalır”.

Elmar Məmmədyarov bildirib ki, məhkəmə prosesləri zamanı Anar Həsənovla şəxsən qarşılaşmayıb:

“Anar adlı şəxsin üzünü də görməmişəm. Çünki mən vəkil tutmuşam, vəkilim məşğul idi. Dörd il ərzində bu məsələyə baxıldı və hər şey qanunun çərçivəsindədir”.

Qeyd edək ki, keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0,24 hektarlıq bağ sahəsi ilə bağlı mübahisə yaranıb.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar