Ru
18:42 / 24 May 2024

Axtarışda olan üç nəfər Azərbaycana ekstradisiya edildi

1375
Beynəlxalq axtarışda olan 3 şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.

Bakupost. az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Tural Cəlil oğlu Ədilov, Məmmədbağır Qarsalan oğlu Səfərov və Oqtay Sabir oğlu Ağayevin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Tural Cəlil oğlu Ədilovun xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini, Məmmədbağır Qarsalan oğlu Səfərovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satmanı təşkil etmə cinayətini, Oqtay Sabir oğlu Ağayevin isə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.05.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər