Ru
10:19 / 09 İyul 2022

Cavid Qurbanovun fəaliyyəti yoxlanılır

Cavid Qurbanovun fəaliyyəti yoxlanılır
Eye

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılır.

Bakupost.az -ın “Unikal”a istinadən məlumatına görə, hazırda QSC-nin maliyyə fəaliyyəti araşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sayta bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb: “Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək”.

Qeyd edək ki, quruma 2015-ci ildən bu ilin 24 may tarixinədək Cavid Qurbanov rəhbərlik edib. Dövlət başçısının sərəncamı ilə C.Qurbanov 2 ay əvvəl vəzifədən azad edilib və onun yerinə hələlik təyinat olmayıb.


Şərhlər
  • t.ədalət

    Cavid Qurbanov yüz illik tarixi olan Bakı Yük stansiyasını məhv etdi.Yerini MTK-larla pay-püşk elədilər.Həmin ərazini yağmalayan bu adamlar müh.əlilləri və şəhid ailələri üçün ərazidə mənzil tikintisinə imkan vermədilər.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar