“Azərbaycan dinc yolla məsələnin həllinin tərəfdarıdır. Əgər Ermənistan Qazaxın kəndlərindəki hərbçilərini çıxarsa, hərbi əməliyyata nə ehtiyac var? Amma əksinə, onlar Qarabağdan çıxardığı hərbçilərinin bir hissəsini aparıb Qazaxın işğalda olan kəndlərində yerləşdirir. Belə anlaşılır ki, Ermənistan bu addımları məqsədli şəkildə atır, Azərbaycanı daha da qıcıqlandırmaq siyasəti həyata keçirir. Bu isə Azərbaycanın hərbi gücə əl atacağını istisna etmir”.
Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a deyib.
O qeyd edib ki, rəsmi İrəvan bir yandan sülh bəyanatı səsləndirir, əməldə isə fərqli fəaliyyət həyata keçirir:
“Əgər Ermənistan hakimiyyəti kəndləri dinc yolla boşaltmaqda həqiqətən də səmimidirsə, revanşistlər buna mane olursa, bu, Azərbaycanın problemi deyil. İrəvan güc balansını düzgün dəyərləndirməli, üzərinə götürdüyü öhdəlikləri məğlub tərəf olaraq yerinə yetirməlidir, özü də tez bir zamanda. Azərbaycanın səbirini daşırmağa ehtiyac yoxdur”.
Sevinc
BakuPost