Ru
10:04 / 26 Avqust 2026

Neft Hörmüz ümidi ilə ucuzlaşdı

Neft Hörmüz ümidi ilə ucuzlaşdı
Eye

Neftin qiyməti Hörmüz boğazının yenidən açılacağı ilə bağlı gözləntilər fonunda təxminən 2 faiz ucuzlaşıb.

“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 2 faiz azalaraq 86,80 dollar/barelə, WTI markalı neft isə 1,8 faiz ucuzlaşaraq 80,87 dollar/barelə düşüb.

Qiymətlərin enməsinə İran və Oman arasında Hörmüz boğazında nəqliyyatın idarə olunması ilə bağlı danışıqların yenidən başlaması səbəb olub.

Tərəflər boğazdan keçid üçün müvəqqəti birgə hərəkət dəhlizinin yaradılmasını müzakirə edib və ərazinin minalardan təmizlənməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar