Ru
12:38 / 23 Noyabr 2022

Azərbaycan Ordusu Qaragölü də işğaldan azad edib - İLK GÖRÜNTÜLƏR

23220
İctimai Televiziya (İTV) Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qaragöl gölü yaxınlığında çəkiliş aparıb, gölün ilk görüntülərini paylaşıb.

Bakupost.az xəbər verir ki, “İTV Xəbər Yekun” verilişinin hazırladığı reportajda Laçın rayonunda yerləşən gölün buz bağladığı görünür.

Bu reportajla bir müddət əvvəl yaranmış Qaragöl mübahisəsinə son qoyulub, Ordumuzun tarixi Azərbaycan ərazilərində yerləşmiş Qaragölü də azadlığa qovuşdurduğu məlum olub.


Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycan və Ermənistan arasında Qaragöl ətrafında mübahisə yaranmışdı. Rəsmi Bakı bəyan etmişdi ki, torpaqlarımız işğaldan azad olunandan sonra beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz də bərpa edilib.



Şərhlər
  • Tural Abdul

    Qadının səsi efir üçün yararsızdır. Qulaq asanda adamın ürəyi daralır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər