Ru
23:25 / 23 Sentyabr 2026

Zəngəzur dəhlizi və tarixi körpü – Ərdoğanla Paşinyanın görüşünün detalları

Zəngəzur dəhlizi və tarixi körpü –  Ərdoğanla Paşinyanın görüşünün detalları
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın Nyu-Yorkda keçirdiyi görüşün detalları açıqlanıb.


"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər.

Ermənistan hökumətinin məlumatına görə, Ərdoğan və Paşinyan iki ölkə arasındakı münasibətlərə “yeni impuls verməyə” hazır olduqlarını vurğulayıblar. Görüşdə ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, iki ölkənin işgüzar dairələri arasında təmasların genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Danışıqlar zamanı tarixi Ani körpüsünün birgə bərpasına da xüsusi diqqət ayrılıb.

Ərdoğanla Paşinyan Azərbaycan və Ermənistan arasında sülh prosesini də müzakirə ediblər. Bu çərçivədə Zəngəzur dəhlizinin reallaşdırılması və regionda nəqliyyat-kommunikasiya xətlərinin inkişaf etdirilməsi məsələlərinə toxunulub.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar