Ru
17:54 / 08 May 2024

Azərbaycan-Türkiyə sənədləri imzalandı - FOTO

1311
Mayın 8-də Ankara şəhərində Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

Nazirlər Kabinetindən Bakupost.az -a verilən xəbərə görə, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.

Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib. Sonda Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planlını imzalayıblar.

Daha sonra Azərbaycan Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan-Türkiyə sənədləri imzalandı -  FOTO
Azərbaycan-Türkiyə sənədləri imzalandı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər