Ru
03:15 / 20 May 2024

"Akıncı” Rəisinin helikopterini axtarır - YENİ GÖRÜNTÜ

17293
Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı helikopterin qəza enişi etdiyi ehtimal olunan bölgə üzərində uçuşlar edir.

Bakupost.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İran Dövlət Televiziyası helikopterin yerinin müəyyən olunduğu barədə xəbər yayıb. İrandan verilən digər açıqlamaya görə, helikopterdə olan heyət üzvlərindən birinin telefonu ilə əlaqə yaradılıb və xilasedicilər o istiqamətə yönləndiriliblər.

Qeyd edək ki, İran Qızıl Aypara Cəmiyyətinin sədr müavini Məhəmməd Kobadi isə axtarış-xilasetmə qruplarının qəzanın baş verdiyi ehtimal edilən bölgəyə 3 saatlıq məsafədə olduqlarını bildirib.

Xatırladaq ki, Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti Seyid İbrahim Rəisi və ölkənin bir neçə rəsmi şəxsinin olduğu helikopterin qəza enişi etdiyi bölgəyə gecə görmə cihazları ilə təchiz edilmiş helikopter ilə xilasedici qruplar göndərib.

Qeyd edək ki, Teleqram kanallarında "Akıncı"nın axtarışları ilə bağlı görüntülər yayılıb.

Bakupost.az "Akıncı" heyətinin axtarışlarına dair ən son görüntünü təqdim edir.


02.17

"Akınçı" türk pilotsuz uçuş aparatı qəza yerini tapıb.

Bakupost.az xəbər verir ki, bu barədə İran mediası "təcili" qeydi ilə xəbər paylaşıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər