Azərbaycan, Gürcüstan, Bolqarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini müzakirə edirik. Daha çox elektrik enerjisini şərqdən qərbə, şimaldan cənuba daşımalıyıq.
"Bakupost" xəbər verir ki, bu fikri Antalyada COP31 çərçivəsində jurnalistlərə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar səsləndirib.
Antalyada imzalanan Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasındakı təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası sazişin əhəmiyyətinə diqqət çəkən türkiyəli nazir, qonşu ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.
O bildirib ki, Türkiyə elektrik enerjisi interkonnektorlarının gücünü 5,4 giqavatdan 15 giqavatta qədər artırmağı hədəfləyir.
A.Bayraktar yeni meqa enerji bağlantı layihələri üçün müxtəlif ölkələrlə danışıqlar apardıqlarını da qeyd edib. Onun sözlərinə görə, Türkiyənin gündəmində, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Avropa ilə elektrik sistemlərinin inteqrasiyasına yönəlmiş layihələr mövcuddur.
Əvvəla Kabel nə layihədir və nədən-dərin dənizin dibi ilə, sahili boyu yox? 2.Son əsr iqlim dəyişməsi də göstərir ki, elə həmin regionların iqlim-günəş, külək və digər göstəricilərində hətta Filippin və Endonez fərqləri belə nəzərə çarpmır? 3.Nədən, hər dövlətin öz təbii ehtiyat və sahələri alınacaq yeni-əlavə layihə təminatları üçün istifadə olunmasın? 4.Enerjinin uzaq məsafəyə ötürülməsinə də əlavə enerji və idarə sərfləri də operativlik və mümkün təbii nizamlamalar baxımından məqbulmu?