Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:25 / 18 Oktyabr 2024

Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Politoloq

1415
“Ermənistana kənar müdaxilələr həddindən artıq çoxdur, buna görə də rabitə qura bilmirlər. Xülyalardan qopub reallığa gəlsələr, bu duruma uyğunlaşacaq və münasibətlər qurmaq mümkün olacaq”.

Bunu Bakupost.az -a politoloq İlqar Vəlizadə bildirib.

Onun dediyinə görə, Ermənistan “Qarabağ məsələsi”nin bitməsini istəmir. Azərbaycan bütün bunları görür, ona görə də birmənalı şəkildə yarımçıq sülh sazişini imzalamayacağını bəyan edir:

“Ermənistan uzunmüddətli perspektivdə Azərbaycana qarşı iddialarını davam etdirmək istəyir. Yəni özü üçün gələcəkdə bir manevr yeri saxlamağa çalışır. Bu, daha çox Ermənistanın yox, onun xarici havadarlarının marağındadır. Bu səbəbdən proses tamamlanmamış qalır. Ermənistan üzdə Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, ərazi iddialarını hələ də saxlayır. Onların bütün siyasi elitası və cəmiyyəti belə fikirləşir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar