Ru
16:14 / 30 May 2022

Azərbaycana qarşı mütəşəkkil “Youtube müharibəsi”? - Mirşahindən ilginc açıqlamalar - VİDEO

26448

“Elçibəyin özünün rüşvətdə, korrupsiyada, ölkəni dağıtmaqda ittiham etdiyi bir qrupun özündə İlham Əliyevi təhdid və tənqid etməyə cəsarət tapması, həm də bizim, təcrübəli media nümayəndələrinin təqsiridir. Onların, əslində, kim olduqlarını təcrübəsiz və məlumatsız insanlara göstərmirik. Onların aldadılmasında bizim də günahımız var”.



Bakupost.az xəbər verir ki, bunu “Real TV”-nin rəhbəri, jurnalist Mirşahin Ağayev bəzi Yutub kanallarını tənqid edərkən deyib.


O sözlərinə belə davam edib:


“Ona görə də elə srağagün əfv edilmiş kəslərin yenidən qurbanlıq edilməsi üçün tədarükə indidən başlayırlar. Əfv edilənlər arasında dövlətə minnətdarlığını bildirənlər, həyata yenidən qayıtdıqlarının əvəzini öz namuslu xidməti ilə çıxacağını vəd edənlər, hələki dürüst düşünmək iqtidarında olanlar sonradan korlanmasalar əlbəttə var...


Amma əmin deyiləm ki, özünə Yutub kanalı açaraq əldə etdiyi populyarlıqdan eqoistcəsinə istifadə edən, layk işarəsi uğrunda mübarizə aparan, bu zaman onun efirində kimin nə dediyinə fikir verməyən aparıcıların dəvəti, efirdə öz düşündüklərini yox, qarşısındakının kiməsə, haralarasa ötürmək istədikləri deməyəcək.

Biz erməni sakinindən müsahibə alırıq. O əsir deyil, Ermənistan vətəndaşıdır. Bizdən 30-50 metr aralıda Rusiya və Ermənistan sərhədçilərinin birgə keşik çəkdiyi “KPP” var. Bu ermənin Ermənistan haqqında danışdıqlarına inanmamaq mümkün deyil. Çünki ondan müsahibəni onun qanunlarının hökm sürdüyü, ətrafını öz sərhədçilərinin qoruduğu məkanda, öz evində alırıq. Ermənistanın vətəndaşı əsir deyil. Bu müsahibənin mənası erməni xalqı, dövləti üçün təhlükəsi onun həmin intervyunu təzyiq altında verməməsindədir, öz xoşuna danışmasında, sərbəst ifadəsində və iradəsindədir.

Ömrünün neçə ilini erməni əsirliyində keçirən, məsələn, əsir Şahbazın erməni KİV-ə verdiyi anti-Azərbaycan ruhunda müsahibələr böyük ajiotaja səbəb olmurdu. Ona görə ki, “əsirlikdədirdə, təzyiq ediblər, canının qorxusundan deyir” kimi düşüncə trafareti həmişə var. Amma həmin əsirin gəlib Azərbaycanda Yutub kanalında öz dövlətini, onun beynəlxalq nüfuzunu hədəfə alan tərzdə çıxış etməsi artıq başqa məna verir. Bu şəxsin müsahibəsini Ermənistan kanalı geninə-boluna istifadə edir.

Həmin əsir azad şəkildə dövlət qurumları qarşısında aksiya keçirməklə, hələ sonadək anlamadığı pisliyi bu dəfə Azərbaycana qarşı şüurlu şəkildə dərk etmirsə, bu artıq hüquq-mühafizə orqanlarının diqqətində olmalıdır.

Niyə keçmiş əsir, indi də özünü əsir kimi aparsın? Ermənilərin istədiyini desin? Haaqa məhkəməsində Ermənistan-Azərbaycan çəkişməsi dönəmində? Niyə Bakıda ermənilərin hərbi cinayətlərini ifşa edən məhkəmə bu qədər ajiotaja səbəb olmurdu Yutub kanallarında? Amma bir zavallı əsirin anti-Azərbaycan çıxışları Yutub kanllarında səxavətlə tirajlanır? Axı bu xalq həmin əsirlərin azad edilməsi üçün mübarizə aparıb. Prezident danışıqlarda bütün əsirlərin, itkin düşmüş azərbaycanlılarımızın, o cümlədən onların qeyri-şərtsiz azad edilməsi məsələsini qoyub. Axı Şuşa uğrunda döyüşənlər o gün, o vaxt Şuşanın həbsxanasında olan Şahbaz və Dilqəm uğrunda da vuruşaraq həlak olublar. Niyə süni gündəlik yaradırıq?! Ortada bu qədər mövzular varkən...



Ümumiyyətlə, Yutub kanallarından Azərbaycana qarşı istifadə özünün ən qərəzli və eybəcər şəklini alıb. Proses genişlənir. Danışanda qeyrətdən, namusdan danışırıq... Dövlət başçısının şəxsiyyəti, onun ailəsi təhqir, təhdid edilir. Qəti şübhəm yoxdur ki, hüquq-mühafizə orqanları yaranmış şəraitə müdaxilə edəcəklər. Çünki iş artıq o həddə çatıb ki, problem artıq dövlətin rəsmi orqanı olan “Azərbaycan qəzeti”nə çıxarılıb.


Yutub kanallarının əksəriyyəti faktiki olaraq mütəşəkkil fəaliyyət göstərən bir dəstənin idarəsi və iradəsi altında cəmiyyəti, dövlət strukturlarını xof və xəraca vadar etmək yolu tutub. Bu barədə çox danışmışam. 28 may Müstəqillik günündən az sonra bu mövzuda danışmağın yəqin ki anlaşılar. Azərbaycan vətəndaşları olaraq dərk etməliyik ki, müstəqilliyimizi qorumaq hər birimizə aid məsələdir.
Baxın, Rusiyada soydaşımız Rövşən Əsgərovun həbs edilməsi ilə bağlı qiyabi hökm çıxarılıb. Biz necə etməliyik? Biz Marqariya Simonyan haqqında eyni hökmün çıxarılmasına necə nail ola bilərik?


Bir yandan Rusiya Prezidenti Azərbaycan Prezidentini Müstəqillik günü münasibəti ilə təbrik edir. Başqa tərəfdən isə Rusiyanın rəsmi kanalı separatçı rejimi təbrik etməyə getmiş bir ermənini olmayan Dağlıq Qarabağın nümayəndəsi kimi təqdim edir. Hanı Yutub kanallarında belə mövzuların müzakirəsi? Bəs əvəzində nə “tartışılır”? Polis ona zor tətbiq etmək istədi, bunu soyundurmaqla hədələdi, “tok” verdi, döydü, hətta həbsdən çıxmış şəxs də ona verilmiş köhnə işgəncələrdən danışdı. Əslində polis ətrafında, bütün güc strukturları ətrafında belə fon yaradılır ki, asayişə cavabdeh olanlar daim pressinq altında olsunlar. Necə deyərlər, gözlərinin odunu alsınlar”.


Daha ətraflı videoda:




Şərhlər
  • Hatəm Rəsulov

    İnsan olmaq başqa insanlar qarşısında məsuliyyət hiss etmək deməkdir. Bütün məsuliyyət hissini itirərək kimliyindən asılı olmayaq təhqiramiz ifadələr işlətmək mənaviyyatsızlıqdan başqa bir şey deyildir. Dövlət atributlarına hörmət etmək isə hamının borcudur. Başqalarını alçaldan anlamalıdır ki, birinci növbədə özünü alçaldır.

  • FUAD

    Allhin leneti olsun,yaltaq

  • t.ədalət

    Hörmətli Mir Şahin ,bir az çox para əldə etmək üçün ara qarışdırmağa ehtiyac yoxdur.Qarabağda qələbədən,torpaqların azad edilməsindən sonra Prezident İlham Əliyevin də kiminsə təbliğatına ehtiyacı yoxdur.Qalib prezidentləri yersiz tərifləmək onların nüfuzuna xələl gətirir.Müharibədə və indi prezidentlə birlikdə olan xalqın arasına nifaq salmaq yetər!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər