Ru
11:37 / 06 İyun 2024

Un 29 manat oldu - Ekspert bahalaşmanın səbəbini açıqladı

3193
Son günlər Azərbaycanda unun qiymətində artım müşahidə olunur. Ötən ayla müqayisədə unun topdansatış qiymətində iki-dörd manat artım qeydə alınıb. Ölkədə hazırda 50 kiloqramlıq unun topdansatış qiyməti 27,40-29 manat aralığında dəyişir. Ötən ay isə bu rəqəm 24,60-26,70 manat idi.




Bakupost.az -a açıqlamasında iqtisad elmləri doktoru Əli Əlirzayev unun qiymətinin artmasının müxtəlif səbəbləri olduğunu bildirdi:


“Unun qiymətində artım gözlənilirdi. Tələb ondan ibarətdir ki, bu idxalyönümlü məhsuldur. Yəni biz onu xarici ölkələrdən gətiririk. Əslində bütün dünyada qiymət artımı var. Son illərdə Azərbaycanın buğdası artmır və buna görə də biz xaricdən buğda alırıq. Ümumiyyətlə, bazar iqtisadiyyatının qanunu belədir. Əgər hər-hansı bir məhsulun qiyməti dəyişirsə, o demək deyil ki, məhsulu istehsal edən sevinməlidir. Ümumiyyətlə, unun, buğdanın istehsalı üçün kənd təsərrüfatı xərcləri artır və bu da bahalaşmaya səbəb olur. Əgər bir məhsulun qiyməti artırsa, o mütləq dolayısı ilə digər məhsullara da təsir edəcək. Un istehsal edən sahibkar və yaxud da hər-hansı bir xarici təsərrüfatçı əgər görsə ki, onun məhsulu xərcini ödəmir, aldığı məhsulların qiyməti artdığı üçün o da öz məhsullarının qiymətini artıracaq. Bu bazarın qanunudur. Bütün dünyada bu proses gedir”.


İqtisadçının sözlərinə görə dövlət bununla bağlı tədbirlər planı hazırlamalıdır:


“Dövlətin vəzifəsi odur ki, bu dəyişmələrin proqnozunun vermək yolu ilə qabaqcadan tədbirlər hazırlasın və yaxud da ki, gəlirləri artırsın. Qiyməti artan məhsulların, dövlətin və sahibkarın da gəlirləri artır. O gəlirlərin hesabına qiymət artımı onun hər səviyyəsinə təsir edir. Un elə bir məhsuldur ki, bütün məhsullara, əhaliyə təsir edir”.


Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər