Ru
12:56 / 14 Mart 2023

Azərbaycanda Xomeyninin fanatı saxlanıldı

1419
Göyçay rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində İranın molla rejiminin fanatı Samirə Cəfərova saxlanılıb.

Bakupost.az xəbər verir ki, saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini yığıncaqların, yürüşlərin və digər dini ayinlərin təşkili, habelə keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozma) maddəsi ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Cəfərova 2000 manat cərimə olunub.

Qadın Azərbaycanda İran din xadimlərinin təbliğatı ilə məşğul olub.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər