Ru
19:37 / 05 Avqust 2022

Azərbaycanın elektron resurslarına qarşı kiberhücumlar hazırlanıb - XƏBƏRDARLIQ

1199
Ölkəmizin elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.


Bakupost.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.


Məlumatda deyilir:


“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (XRİTDX) ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və dövlət informasiya resurslarına qarşı 03.05.2022-ci il tarixindən davam edən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alır.


XRİTDX dövlət və qeyri-dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşlarımızı diqqətli və ayıq olmağa çağırır”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər