Ru
11:55 / 12 May 2025

Azərbaycanlı bəstəkar Türkiyənin zəlzələ bölgəsində məktəb açdı - FOTO

Azərbaycanlı bəstəkar Türkiyənin zəlzələ bölgəsində məktəb açdı -  FOTO
Eye

Əməkdar artist, drijor və bəstəkar Turan Manafzadə Türkiyədə zəlzələ bögəsində “Turan Manafzadə Musiqi Sinfi”nin açılışını edib.
Bakupost.az xəbər verir ki, sinif Hatayın qabaqcıl təhsil ocaqlarından biri olan Payas Fənn Liseyində açılıb.

Turan Manafzadə bildirib ki, 25 may 2023-cü ildə başlatdığı “Türkiyə 100 yaxşılıq hərəkatı” təşəbbüsünün ilk böyük bəhrəsini Türkiyənin Hatay şəhərində reallaşdırıb.

“Hatayda əlavə bir neçə tədbir həyata keçirdik, uşaqlarla görüşdük. Bundan başqa 2023-cü ildə bəstələdiyim “Deprem” əsərini və “Türkiyə 100” marşını Antakya konsertində ifa etmək mənim üçün xüsusi məna daşıyırdı,” – deyə əməkdar artist vurğulayıb.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar