Ru
14:11 / 13 Yanvar 2022

Azərbaycanlı İstanbulda lüks avtomobillə ağır qəza törətdi - VİDEO

1422
Azərbaycan vətəndaşı Türkiyənin İstanbul şəhərində ağır yol qəzası törədib.

Bakupost.az “Hürriyet”ə istinadən xəbər verir ki, Zincirlikuyudan Beşiktaş istiqamətində hərəkət edən azərbaycanlı Rəfail Əliyevin idarə etdiyi “99 MB 888” Azərbaycan dövlət nömrə nişanlı lüks avtomobil Oktay Arayın idarə etdiyi taksiyə çırpılıb.



Taksi zərbənin şiddətindən ilk olaraq yol kənarındakı baryerlərə, sonra isə dayanmış avtobusa çırpılıb.

Taksi sürücüsü bu zaman avtomobilin pəncərəsindən taksinin altına düşüb. Avtomobilin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı insanların köməyi ilə oradan çıxarılıb, xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis qəza ilə bağlı araşdırmaya başlayıb.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər