Ru
21:11 / 05 Mart 2022

Azərbaycanlılar Kiyevdən İstanbula təxliyə ediləcək - VİDEO

Azərbaycanlılar Kiyevdən İstanbula təxliyə ediləcək -  VİDEO
Eye

6 mart, saat 11:00-da Ukraynanın paytaxtı Kiyevdən avtobusla Türkiyənin İstanbul şəhərinə azərbaycanlıların təxliyəsi planlaşdırılır.

Bu barədə Bakupost.az -a Axərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev məlumat verib.

Kiyev-İstanbul reysinin biletləri Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının təsisçisi və İdarə heyətinin üzvü Oleq Krapivin tərəfindən ödəniləcək.

Məlumata görə, ilk növbədə uşaqlar, yaşlılar, xanımlar və ailəli olanlar yola salınacaqlar.

Kiyevdən İstanbula təxliyə olunmaq istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar: +380 (98) 949 70 38

Xatırladırıq ki, İstanbuldan Bakıya getmək istəyənlər ancaq öz hesablarına gedə biləcəklər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar