Ru
17:45 / 17 May 2022

“Azəriqaz” İB-də işçi görüş keçirildi - FOTO

“Azəriqaz” İB-də işçi görüş keçirildi - FOTO
Eye

SOCAR-ın 2035-ci ilə qədər korporativ inkişaf strategiyasına uyğun olaraq, Azərbaycan Respublikasında təbii qazın qəbulu, nəqli və satışı sahəsində biznes fəaliyyətinin təkmilləşdirilməsi, optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması, habelə optimal əməliyyat modelinin yaradılması məqsədi ilə SOCAR “Azəriqaz” İstehsalat Birliyi ilə BCG (Boston Consulting Group) şirkəti arasında işçi görüş keçirilib.



Bu barədə "Azəriqaz" İB-dən Bakupost.az -a verilən məlumata görə, görüşdə ölkəmizdə təbii qazın qəbulu, nəqli və satışı sahəsində əməliyyat funksiyaları, vəzifə bölgüsü, respublikada qaz təchizatı sahəsinə aid qanunvericilikdə və digər normativ-hüquqi aktlardakı yeniliklər barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı, həmçinin tərəfləri maraqlandıran digər məsələlər də müzakirə predmeti olub.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar