Ru
14:41 / 20 Sentyabr 2024

Bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı - VİDEO

Bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı -  VİDEO
Eye

Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlı döyülüb.

Bakupost.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonundakı 290 saylı bağçada qeydə alınıb. Hadisəni əks etdirən videoda müəllimin azyaşlının saçını yolduğu görünür.

Uşağın valideyni Nərgiz İsmayılova övladının (N.İ. şərti ad) müəllim tərəfindən döyüldüyünü bildirib. N.İsmayılova əlavə edib ki, bağçada çalışan texniki işçi də azyaşlıya qarşı nalayiq ifadələr işlədib.

Baş verən hadisə ilə bağlı 290 nömrəli körpələr evi-uşaq bağçasından “Qafqazinfo”ya verilən məlumata görə, oradakı tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb: “Qanunvericiliyə uyğun olaraq, qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib”.

Sözügedən görüntüləri təqdim edirik:



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar