Cərrah-koroproktoloq Ceyms Kinross bağırsaq xərçəngini vaxtında aşkar etməyə kömək edə biləcək əsas əlamətləri açıqlayıb.
Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Daily Mirror" nəşri yazıb.
Ceyms Kinross əmindir ki, erkən simptomları qaçırmamaq üçün nəcisdəki istənilən dəyişikliyə diqqət yetirmək vacibdir. Onun sözlərinə görə, hər bir insanın bağırsaq fəaliyyətində özünəməxsus xüsusiyyətləri var və bunlar haqqında yalnız özü məlumatlıdır. Buna görə də həkim ilk növbədə insanları defekasiyanın (bağırsaq hərəkətlərinin) tezliyinə, konsistensiyasına, formasına və rənginə nəzarət etməyə çağırıb. O, qeyd edib ki, dəyişikliklər stres və ya pəhrizlə də izah edilə bilər, lakin əgər keçmirsə və davam edirsə, müayinədən keçmək lazımdır.
Ceyms Kinross ikinci çox həyəcanverici siqnal kimi nəcisdə qanın olmasını qeyd edib. Bu simptom meydana çıxarsa, dərhal həkimə müraciət etməyi tövsiyə edib. Həmçinin qarında davamlı ağrını, keçməyən yorğunluğu, izah olunmayan çəki itkisini və ya bədəndə şişkinliklərin əmələ gəlməsini də gözardı etmək olmaz.
Mən 5 il öncə əməliyyatda oldum müalicə də hələdə davam edir aparatada düşdüm ama heçdə fayda olmur dərmansız bağırsaq işləmir ancaq dermanla
Həkimə aparın körpəni. Bunlar yaxşı əlamət deyil
Ay xanım hər deyilən sözə reaksiya verməyin. Uşaqlarda bu halın olması heç müşahidə olmayıb bəlkədə bu vaxta kimi. Düşməyin stressə. Pediatra müraciət edin. Uşağın bolluca su içməsini təmin edin. Allah köməy olsun yəqin qəbzlik var. Hər qəbzlik xərçəng sayıla bilməz
Menim körpəmin 3 yaş yarımındadi . Tez tez qarnı ağrıyır . Bir neçə dəfədə bayıra qanlı çıxıbdır . Qorxdum bu yazını görüb . Körpədə ola bilər bağırsaq xərçəngi ???????????? Allahım sən özün komey ol Amin . Mənə stresə düşdüm