Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:09 / 29 Oktyabr 2024

Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafikində dəyişiklik edilib

851
OP29 tədbirlərinə hazırlıq çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmiryol nəqliyyatında artacaq sərnişin tələbatını nəzərə alaraq qatarların qrafik üzrə faziləsiz fəaliyyətinin təmin edilməsi məqdəsilə Abşeron dairəvi dəmiryol xətti üzrə infrastruktura kompleks baxış keçirib. Fəaliyyətində təhlükəsizliyə xüsusi önəm verən ADY sərnişinlərin mənzilbaşına rahat və vaxtında çatdırılması məqsədilə Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə texniki fasilənin götürülməsini qərara alıb.

Bu barədə Bakupost.az DY-yə istinadən xəbər verir.

Qeyd edilib ki, 30 oktyabr tarixindən 7 noyabr tarixinədək Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda hərəkət edən qatarların qrafikində dəyişiklik edilir. Dəyişikliyə əsasən, qeyd olunmuş 7 gün ərzində Bakıdan saat 09:30-da və 10:00-da, Sumqayıtdan isə 10:00-da və 11:00-da yola düşən sürət qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.

Götürülmüş texniki fasilə müddətində ərazidə kontakt şəbəkəsi, rabitə və işarəvermə qurğuları, o cümlədən yoldəyişənlərin tam saz vəziyyətə gətirilməsi üçün profilaktik işlər aparılacaq.

Digər qatarların hərəkəti 16.09.2024-cü il tarixində təsdiq olunmuş hərəkət cədvəli üzrə dəyişiklik edilmədən qüvvədə saxlanılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar