Ru
19:30 / 26 Noyabr 2026

Bakıda 3500 manatdan başlayan qiymətlərlə avtomobillər satışa çıxarılır - Siyahı

Bakıda 3500 manatdan başlayan qiymətlərlə avtomobillər satışa çıxarılır -  Siyahı
Eye

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin balansında olan nəqliyyat vasitələri və xüsusi texnikalar hərrac yolu ilə satışa çıxarılır.


"Bakupost" xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil edəcəyi hərrac dekabrın 10-da saat 10:00-da keçiriləcək.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin və xüsusi texnikaların siyahısını təqdim edirik:

"GMC Terrain", 90 AH 779, il 2013, qiymət 5 000, beh 500.

"Chevrolet Colorado", 90 AH 182, il 2009, qiymət 3 750, beh 375.

"Chevrolet Colorado", 90 AH 183, il 2009, qiymət 4 000, beh 400.

"Chevrolet Colorado", 10 PH 643, il 2011, qiymət 4 000, beh 400.

"Chevrolet Colorado", 10 PX 699, il 2011, qiymət 4 000, beh 400.

"Chevrolet Colorado", 10 PH 645, il 2011, qiymət 5 000, beh 500.

"Chevrolet Colorado", 10 PH 647, il 2011, qiymət 5 000, beh 500.

"Chevrolet Cruze", 10 PK 435, il 2011, qiymət 6 000, beh 600.

"TVEX EK-12", 10M867, il 2006, qiymət 7 500, beh 750.

"DT-75D", 10M878, il 2006, qiymət 3 500, beh 350.

Əmlaklara hərracın keçiriləcəyi tarixədək həftəiçi günlərdə saat 09:00-dan 16:00-dək baxış keçirmək mümkündür.

Nəqliyyat vasitələri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəhər şosesi, 13 ünvanında yerləşir (əlaqə nömrəsi: 050-343-43-85).

Hərracda iştirak etmək istəyən şəxslər tələb olunan sənədləri hərracın başlanmasına ən geci üç bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar