Ru
14:03 / 21 Avqust 2026

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın vəfat etdi - FOTOLAR/YENİLƏNİB

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın vəfat etdi - FOTOLAR/YENİLƏNİB
Eye

TƏBİB-dən "Bakupost"un sorğusuna cavab olaraq bildirildi ki, dünən saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub:

"Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib".

***
11:52

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

“Bakupost”un əldə etdiyi məlumata görə, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.

Hadisə ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.

Qeyd edək ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar