Ru
13:08 / 04 İyul 2024

Bakıda daha bir qadın övladlarından imtina etdi

Bakıda daha bir qadın övladlarından imtina etdi
Eye

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbəri olduğu sığınacaqda yaşayan iki uşaq anasının övladlarından imtina etdiyini bildirib.

Bakupost.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

M.Zeynalova iki uşaq anasının övladlarını qoyaraq getməkdə israrlı olduğunu deyib:

“İki ay öncə iki uşaq və anası sığınacağa yerləşdirildi. Anaları uşaqlarını sığınacağa qoyub getmək istəyirdi. Sosial Xidmətlər Agentliyi ilə birgə apardığımız mübarizədən sonra ananı da sığınacaqda saxlaya bildik. Artıq ana səbirsizdir və övladlarını qoyub getməkdə israrlıdır. İki övladı üçün imtina ərizəsi yazıb. Uşaqlardan 1 yaş 10 aylıq olanı körpələr evinə təhvil verir. Digər qız uşağı isə yanımızda qalacaq”.

M.Zeynalova qadının psixoloji problemləri olduğunu bildirib:

“Ananın psixoloji problemləri var və Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Bizə deyir ki, bir az tez olun, qarpız sezonu başlayıb, gedirəm qarpız yeməyə. Uşaqların atalarının harda olması ilə bağlı məlumat yoxdur. Daha iki körpə ailə sevgisindən ayrı qaldı”.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar