Gecə saatlarında Bakının Nizami rayonunda ağır yol qəza hadisəsi qeydə alınıb.
Bakupost.az xəbər verir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.
“Mercedes Gelandewagen” markalı avtomobili idarə edən İran vətəndaşı Salman İsgəndər Musa oğlu Bəkir Çobanzadə küçəsində yüksək sürətlə hərəkət edərkən sükana nəzarəti itirərək əks yola çıxıb.
Bu zaman avtomobil qarşıdan gələn mikroavtobusla, daha sonra isə “Opel” markalı maşınla toqquşub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Məlumata görə, qəza nəticəsində yaralanan 3 nəfər - 1960-ci il təvəllüdlü Talıbov İsmayıl Ağalar oğlu, Rüstəmov Seymur Eyvaz oğlu və Salman İsgəndər Musa oğlunun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.