Bununla bağlı
“Bakupost”un sorğusuna cavab olaraq “Çinar Trans” MMC-dən məlumat verilib.
Bildirilib ki, görüntülərdən sonra sürücünün kimliyi müəyyənləşdirilib və onunla əmək müqaviləsinə bu gündən xitam verilib. Şirkətdən qeyd olunub ki, hadisə ilə bağlı digər sürücülərə əlavə təlimat verilib:
“Biz həmin görüntüləri görəndən sonra bütün sürücüləri təlimatlandırmışıq, lazımi tapşırıqlar vermişik ki, sürücü ilə sərnişin arasında heç bir mübahisə, kobud rəftar olmasın. Həmin sürücü ilə bağlı da iclas keçirdik. Onu bu gün işdən azad etdik".
Lalə Novruz, BakuPost