Ru
10:25 / 02 İyul 2022

Bakıda tanınmış tamada və oğlu bıçaqlandı - YENİLƏNİB

9166

***

10:25


Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlunun səhhəti ilə bağlı son durumu açıqlanıb.


Onun oğlu Məhəmməd İsaq Oxu.az-a açıqlamasında bildirib ki, toy bitəndən sonra kənar şəxslər onun atasını bıçaqlayıblar:


“Toydan sonra atam musiqiçiləri yola salan zaman kənardan bir adam gəldi, kobud danışdı. Atam da ona dedi ki, adam özündən böyük şəxslə belə danışmaz. Bu zaman atama arxadan beş-altı, mənim də döş qəfəsimdən və belimdən bıçaqla zərbə vurdular. Atamın vəziyyəti orta ağırdır. Reanimasiyadadır”.



***

09:24



Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.



Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə “Altun” restoranında baş verib.

Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb.

O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının sözlərinə görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

Şərhlər
  • t.ədalət

    Yəqin ki bıçaq "oynadan" da aranoğlu imiş..

  • t.ədalət

    Bıçaqla hadisəsi öldürməyə cəhd kimi deyil,elə öldürmək kimi sənədləşdirilməlidir.Qanunlarımızı "sünnət" eləyə-eləyə elə günə salıblar ki,ən ağır cinayət törədənlər də kiçicik rüşvətlə lazımi cəzadan kənarda qalırlar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər