Ru
19:52 / 10 Mart 2023

Bakıdakı atışmaya görə daha 2 nəfər saxlanıldı - Təyyarədə xüsusi əməliyyat

37987

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidenti törətməkdə şübhəli bilinən daha 2 şəxs hava limanında Bakı-İstanbul reysində saxlanılıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, onlar təcili şəkildə bilet alaraq İstanbula uçmaq istəyiblər. Lakin bu zaman xüsusi xidmət orqanları əməkdaşları həmin təyyarəni uçuşa hazırlaşarkən uçuş zolağından geri qaytarıblar. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər elə təyyarə salonundaca qandallanıb.

Qeyd edək ki, bu gün Bakı Dövlət Sirkinin yaxınlığında silahlı atışma baş verib. hadisə Nicat adlı şəxsə görə baş verib. Belə ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində, "Vurğun Rezidens"də yerləşən zala məşqə gələn Nicat oradan çıxarkən silahlı hücuma məruz qalıb. Naməlum şəxs onu öldürməyə cəhd etsə də, istəyinə nail ola bilməyib.


Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Ləman,
Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər