Ru
16:20 / 03 Fevral 2023

“Banklarda əmanətlərin azalması arzuolunan deyil” - İqtisadçı

4487
"Banka əmanət yerləşdirilməkdə məqsədlərdən birincisi gəlir əldə etməkdirsə, ikincisi vəsaitləri inflyasiya riskindən qorumaqdır. İnflyasiya olanda insanlar adətən, həmin vəsaitləri banklardan çıxarırlar. Bir sözlə, yeni əmanətlər yatırılmır. Bu halda həmin vəsaitlər bazara yönələ bilər. Bazarda əlavə pul kütləsinin artması inflyasiya təzyiqini daha da artıracaq".

Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov​ banklarda olan əmanətlərin vergiyə cəlb olunması barədə danışarkən deyib.

Onun sözlərinə görə, depozitin növündən asılı olmayaraq məlum vergi tətbiq ediləndə faiz dəyişir:

"Bəzi hallarda faiz məbləği aşağı düşür və gəlirin ödənilməsi reqlamenti dəyişir. Yəni ayda bir dəfə, yaxud dövrün sonunda ödənilir. Gəlir nə vaxt ödənilirsə, tutulma o vaxt həyata keçirilir".

İqtisadçı qeyd edib ki, sığorta olunan əmanət faizləri 12 faizdir. Amma faktiki olaraq banklar əksər hallarda 6-7 faizlə əmanət cəlb edirlər. Bu şərtlə cəlb olunan əmanətin təxminən 6-7 faizi də əlavə tutulacaq:

“Banklarda əmanətlərin azalması heç də arzuolunan deyil. Bu, özəl vəsaitlərin, eyni zamanda bank sektorunun özünün quruculuq prosesində iştirakçılığını zəiflədir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər