Ru
01:09 / 18 Aprel 2024

“Bavariya” “Arsenal”ı yenərək yarımfinala vəsiqə qazandı

1937
Almaniyanın “Bavariya”sı Çempionlar Liqasının yarımfinalına çıxıb.

Bakupos.az xəbər verir ki, münxenlilər turnirin 1/4 finalının cavab qarşılaşmasında İngiltərənin “Arsenal”ını 1:0 hesabı ilə yenərək növbəti mərhələyə adlayıblar.

Münxendə baş tutmuş qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə Yozua Kimmix vurub. İlk oyun aprelin 9-da Londonda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

1974, 1975, 1976, 2001, 2013 və 2020-ci illərdə turnirin qalibi olan “Bavariya” Çempionlar Liqasının altıqat qalibidir. “Arsenal” bir dəfə turnirin finalında çıxış edib: 2006-cı ildə “topçular” İspaniyanın “Barselona”sına uduzub.

Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək. Turnirin hazırkı qalibi son turun həlledici matçında İtaliya “İnter”ini məğlub edən “Mançester Siti”dir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər