ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərindən ibarət bir qrup prezident Co Baydeni Qəzza zolağında davam edən münaqişə fonunda İsrailə hərbi yardımı dayandırmağa çağırıb.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, onların arasında olan konqresmenlərdən İlhan Ömər X sosial şəbəkəsində qeyd edib:
"İsrailin Baş naziri Benyamin Netanyahu dəfələrlə insan hüquqlarını pozub - xəstəxanaları bombalayır, fələstinliləri diri-diri yandırır, ərzaq yardımının çatdırılmasına mane olur və yardım işçilərini öldürür. Bu şeytani soyqırım sona çatmalı və Co Bayden bunu təşviq etməyi dayandırmalıdır".
Baydenə çağırış edəblər arasında Missuri ştatından olan demokrat Cori Buş, Alexandria Ocasio-Cortez də var.
Cavidan, BakuPost