Ru
17:55 / 05 İyun 2024

BDU beynəlxalq QS reytinqi üzrə ölkə birincisi oldu - FOTO

1537
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından hesab olunan “QS Quacquarelli Symonds” agentliyi “QS World University Rankings 2025” nəticələrini elan edib.

Bakupost.az xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) böyük uğura imza atmaqla “QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşıb və ölkədə lider mövqeyə yüksəlib.

BDU eyni zamanda tələbə-müəllim nisbəti (faculty-student ratio) indikatoru üzrə dünyada 373-cü mövqedə, məşğulluq göstəriciləri (employer outcomes) üzrə isə 271-ci mövqedə qərarlaşıb. Bununla yanaşı, müxtəlif indikatorlara görə qiymətləndirmə nəticələrinə əsasən, BDU tələbə-müəllim nisbəti (faculty-student ratio), fakültə üzrə istinad sayı (citation per faculty), beynəlxalq tədqiqat şəbəkəsi (international research network) və məşğulluq göstəriciləri (employer outcomes) üzrə də ölkədə lider mövqeyindədir.

BDU-nun “QS World University Rankings 2025”də cari qiymətləndirmə nəticəsi öncəki il ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Ötən il BDU “QS World University Rankings”də 1001-1200 aralığında yer alırdı. Elan olunan reytinq qiymətləndirilməsinə 106 fərqli ölkədən müəyyən olunmuş minimal tələblərə cavab verən 5663 ali təhsil müəssisəsi cəlb olunub, 1503 ali təhsil müəssisəsi isə reytinq siyahısına düşə bilib.

BDU dünya reytinq siyahısında Azərbaycanın TOP 1000-də yer alan yeganə ali təhsil müəssisəsidir. BDU həm də “Times Higher Education” qlobal dünya reytinqində Azərbaycanı təmsil edən tək universitetdir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər