Ru
20:01 / 02 May 2024

"Belə mesajlar çox təhlükəlidir" - Zeynalovadan Kərimliyə sərt ittihamlar

3522
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova millət vəkili, Milli Məclisin insan hüquqları komitəsinin sədr müavini Tahir Kərimlinin qadınlarla bağlı səsləndirdiyi fikirlərinə etiraz edib.

Qeyd edək ki, deputat Tahir Kərimli bəzi qadınların gender bərabərliyi adı altında güclü qadın obrazı yaratdıqlarını və ərlərinə ailə başçısı gözündə baxmadıqlarnı, bəzilərinin isə pis yola düşdüklərini bildirib.

M.Zeynalova Bakupost.az -a açıqlamasında deputatın cəmiyyətə təhlükəli mesajlar verdiyini deyib:

“Millət vəkili Tahir Kərimlinin cəmiyyətdə baş verən neqativ hallara biganə qalmaması yaxşı haldır. Lakin verdiyi mesajlar kifayət qədər təhlükəlidir. Millət vəkili olaraq qanunvericilik aktlarının qəbulunda birbaşa iştirak edən şəxsin yəqin ki, ayrı-ayrı qurumların hesablarını dinləyib real vəziyyəti düzgün təhlil etmək imkanı var. Bu sahədə təcrübəsi olan şəxs bilməlidir ki, cütlüklərin bir-birinə hörmət etməsi üçün tərəflərin hər ikisi kifayət qədər çalışmalıdır. Ancaq bizdə “kişi başdır, qadın boyun” kimi ifadələrə öyrəşiblər. Amma qadına qarşılıqlı hörmət etməmək əlbəttə ki, ciddi münaqişə üçün əsas verir. Lakin öldürülmə hallarına bəraət vermək millət vəkili üçün yolverilməzdir.
Gender bərabərliyini mənfi hal kimi qabartmaq yox, əksinə onun ailələrin daha möhkəm olması üçün mühüm amil olduğunu qeyd etmək yerinə düşərdi”.

M.Zeynalovanın sözlərinə görə, deputat qadınların öldürülməsi ilə bağlı faktını araşdırsaydı, bu cür ittihamlar səsləndirməzdi:

“O zaman görərdi ki, bəzi kişilər əsas olmadan qadınları xəyanətdə suçlayaraq özlərinə bəraət qazandırmağa çalışır. Bu isə keçmişdən qalan bir haldır. Lakin hazırda adamı, ələlxüsus da ailə üzvünü öldürmək heç kimə xüsusi imtiyaz vermir”.
M.Zeynalova buna görə ailələr üçün yol xəritəsinin hazırlanmasını təklif edib:

“Psixoloji diaqnostikanın qanuni hala salınması müsbət hal kimi qiymətləndirilə bilər. Lakin mühitin və ətrafın təsiri, hansısa sonradan qazanılmış vərdişlər zəmanət vermir ki, bu yolla qadın qətlləri azalacaq. Bunun üçün yaxşı olardı ki, ailələr üçün yol xəritəsi hazırlansın. Bundan başqa qadın və qızların təhlükəsizliyi ilə bağlı qaydalar qəbul edilməlidir”.
QHT sədrininsözlərinə görə, artıq dünyanın bir çox ölkələrində bu təcrübədən istifadə olunur:

“Artıq dünya proflaktik tədbirlərə daha çox üstünlük verir. Dövlət büdcəsinə ziyanın azaldılması üçün hansısa cinayətlərin qarşısı alınır. Köhnə adət-ənənələr öz təsirini itirdiyi bir dövrdə milli adət-ənənələrimizin müsbət çalarını əks etdirən yeni qaydaların hazırlanmasına ehtiyac var. nam, etibar, sevgi, mədəni davranış münasibətlərini özündə təzahür edən yeni model formalaşdırmağın vaxtıdır”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər