Ru
14:05 / 28 İyul 2022

Benzin və dizel yenə bahalaşa bilər- İqtisadçıdan bəd xəbər

4181
Xəbər verdiyimiz kimi, Tarif Şurası tərəfindən benzin və dizel üzrə pərakəndə satış tarifi mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək, topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunub.


Benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilib, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilib.


İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Tarif Şurasının bu qərarı istehsalçıların əməliyyat xərclərinin artmasına səbəb olacaq:



“Amma bu, benzin və dizelin pərakəndə satışına təsir etməyəcək. Buna baxmayaraq, yeni qərar gələcəkdə pərakəndə satışla bağlı qərarların olması ehtimalını artırır. Bu qərar yeni idarəetmə modelinə keçidə, yəni şirkətdaxili rəqabətin yaradılmasına cəhddir".


N. Cəfərli bildirib ki, bir müddətd­ən sonra şirkətlər yenidən Tarif Şurasına müraciət edə bilərlər ki, əməliyyat xərclərində dəyişikliklər, artımlar, problemlər var və pərakəndə satış qiymətlərinə yenidən baxılsın: “Mümkündür​ ki, bu, yaxın gələcəkdə dövlət tərəfindən tənzimlənən qiymətlərə də müəyyən dərəcədə təsir etsin və qiymətlər dəyişsin”.

Sevinc
BakuPost


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər