Ru
20:12 / 01 Fevral 2023

Bəxtiyar Hacıyevlə bağlı QƏRAR

4584
Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Haclyevin barəsində seçilmiş həb qətimkan tədbirini girovluqla əvəz edilməsi ilə bağlı məhkəmə iclası keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layicov bildirib.

O qeyd edib ki, məhkəmə vəsatəti təmin etməyib.

Vəkilin sözlərinə görə, prosesdə Bəxtiyar Hacıyevin özü də iştirak edib. O, müvəkkilinin hələ də aclığa davam etdiyini, səhhətinin yaxşı olmadığını söyləyib.

Qeyd edək ki, ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

B. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər